Rusiya Azərbaycana zenit raket kompleksi satacaq

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Elvin Xəzər/AZADİNFORM. Rusiya Azərbaycana iki “FAVORİT” C-300 PMU 2 zenit raket kompleksi (ZRK) divizionu satacaq. AZADİNFORM xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti hərbi müdafiə sənayesindəki mənbəyə istinadən məlumat verir.

Qəzetin yazdığına görə, müvafiq müqavilə Azərbaycanın Müdafiə Nazirliyi ilə “Rosoboroneksport” arasında hələ keçən il imzalansa da, indiyədək bu barədə məlumat verilməyib. Qəzetin məlumatına görə, müqavilənin dəyəri, ən azı, 300 mln. dollar təşkil edir. Ekspertlər qeyd edirlər ki, bu, bütün postsovet respublikaları üçün onların bütün tarixləri ərzində yeni hərbi texnikanın alınması üzrə ən bahalı alqı-satqıdır.

Qəzet mənbələrinin məlumatında deyilir ki, müqavilə artıq icra olunmağa başlanılıb və yaxın bir-iki il ərzində yerinə yetirilə bilər.

Belə RZK Əlcəzair və Çinə də satılıb. Onların satışı ilə bağlı İranla müqavilə imzalansa da o, yerinə yetirilməyib. Bu il iyunun əvvəllərində BMT TŞ İrana qarşı onun uranın zənginləşdirilməsi ilə bağlı işlərdən imtina etməməsi ilə əlaqədar qətnamə qəbul edib. Qadağalar C-300 raketlərinin satışına da tətbiq olunub.

Oxucular Şərhlər (0)




Premium WordPress Themes
Arxiv
Reklamlar











Weboy