Satışdan 360 kq yararsız mal çıxarılıb

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Amid İsbəndərov/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakının Səbail, Xətai, Yasamal və Nizami rayonlarında, Gəncə, Qəbələ şəhərlərində və Xaçmaz rayonunda ümumi çəkisi 360 kq-dan çox saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, uşaq yeməkləri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bu barədə məlumatı AZADİNFORM-a İİN-dən veriblər.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində AR İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Dostuna Göndər Dostuna Göndər Çap Et Çap Et
Arxiv
Reklamlar















Premium WordPress Themes