Bakıda ödəniş kartlarında təhlükəsizliyə həsr olunan beynəlxalq konfrans keçirilib

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Amid İsbəndərov/AZADİNFORM. Bu gün Bakıda “Ödəniş kartları sferasında və prosessinq mərkəzlərinin fəaliyyətində informasiya təhlükəsizliyi problemləri üzrə I Bakı beynəlxalq konfransı” keçirilib. AZADİNFORM xəbər verir ki, “Royal Bank’ ASC və ödəmə sistemlərinin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən İrlandiyanın “Sysnet Global Solutions” beynəlxalq şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda MDB və Ukraynada biznesin inkişafı üzrə menecer İqor Leqkodımov və “Sysnet” şirkətinin təhlükəsizlik üzrə baş məsləhətçi Aleksey Qrebenyuk iştirak ediblər.

“Royal Bank”ın İdarə Heyətinin sədri Samir Əkbərov bank haqqında ətraflı məlumat verib, bank tərəfindən ödəmə sistemləri, ödəmə kartları, internet bankçılıq sahəsində təhlükəsizliyə xüsusi diqqət yetirildiyini bildirib.

İ.Leqkodımov təhlükəsizlik sahəsində olan standartlar, nəzarətin qurulması, proqram təminatı, auditin keçirilməsi və s. məsələlərlə bağlı məruzə edib, ödəmə kartların istifadəsində, hesabların internet vasitəsilə idarə edilməsində təhlükəsizliyin təmin olunması, mövcud texnologiyalar, nəzarət prosesinin mərhələləri, təhlükəsizlik standartları barədə danışıb.

Tədbirdə, həmçinin bankların emissiya etdiyi plastik kartların təhlükəsizliyinin təmin edilməsi sahəsində dünya təcrübəsi, eyni zamanda iştirakçı dövlətlərin kartlarla bağlı tətbiq etdiyi təhlükəsizlik sistemləri və bu mövzu ilə əlaqəli digər məsələlər müzakirə edilib.

Oxucular Şərhlər (0)




Free WordPress Theme
Arxiv
Reklamlar











Free WordPress Themes