Yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz azalıb

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Bayram Niftəliyev/AZADİNFORM. Cari ilin 6 ayında yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,5 faiz azalıb. AZADİNFORM xəbər verir ki, bu barədə barədə Daxili İşlər Nazirliyindən keçirilən kollegiya iclasında məlumat verilib.

Sürücülərin yol hərəkəti qaydalarını kobud  şəkildə pozmalarından irəli gələn hadisələr 28,9 faiz, o cümlədən sürət həddinin aşılması nəticəsində baş verənlər 7,2, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 12,1, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 50, piyadaların vurulması ilə bağlı hadisələr 1,7 faiz azalıb. Yol hərəkətinə nəzarət prosesində 417.639 qayda pozuntusu aşkarlanıb ki, bu da  2009-cu illə müqayisədə 9,5 faiz çoxdur. Müvafiq inzibati xətalara görə 45.715 sürücü yerində cərimələnib, 1400 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə  408 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülüb.

Hesabat dövründə respublika üzrə 228.211 nəfər ümumvətəndaş pasportu, 481.205 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib, yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulmasına görə 14.966 nəfər haqqında inzibati tədbirlər  görülüb. Ölkədə yaşamaq icazəsi və ya müvafiq qeydiyyatı olmayan 1440 əcnəbi deportasiya edilib.

Müxtəlif inzibati xətalara görə bütövlükdə 471.158 şəxs haqqında protokol tərtib olunaraq 411.452-si cərimələnib, 1.355 nəfər inzibati qaydada həbs edilib.

Oxucular Şərhlər (0)




WordPress Themes
Arxiv
Reklamlar











Free WordPress Theme