Amid İsbəndərov/AZADİNFORM. Sabah İsmayıllı Qazpaylayıcı Stansiyasında və Talıstan Qaztənzimləyici Məntəqəsində qaz sızmasının ləğvi və təmir işləri ilə əlaqədar, Quba rayonunda isə qaz kəmərinin mühafizə zolağından çıxarılması məqsədi ilə saat 10:00-dan 18:00-dək, saat 09:00-dan 20:00-dək isə qaz sızmasının ləğvi ilə əlaqədar Şamaxı Açıq qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq. Bu barədə məlumatı AZADİNFORM-a Dövlət Neft Şirkətindən veriblər.
Həmin müddət ərzində İsmayıllı şəhərinə, Quba rayonu və ətraf kəndlərinə, eyni zamanda Şamaxı şəhərinə mavi yanacağın verilişində məhdudiyyətlər yaranacaq.
Dostuna Göndər
Çap Et