“Azərikimya” IB-nin dəmiryol şəbəkəsi yenidən qurulur

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Amid İsbəndərov/AZADİNFORM. ARDNŞ-nin “Azərikimya” İB-nin nəqliyyat infrastrukturunun yenidən qurulmasına və fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilməyə başlanılıb. Dövlət Neft Şirkətindən AZADİNFORM-a verilən məlumata görə, görülən işlərin real nəticəsi olaraq Birliyin müəssisələrinin maşın parkı mərkəzləşdirilərək genişləndirilib, ağır texnikayla, yeni maşın və mexanizmlərlə təmin edilib Hazırda kimya məhsullarının ixracında mühüm əhəmiyyət kəsb edən dəmiryol şəbəkəsinin əsaslı təmirinə, onun yenidən qurulmasına başlanılıb. İlkin mərhələdə təmir olunacaq 7,3 kilometrlik dəmiryol xəttinin 1 kilometrdən çox hissəsində təmir-bərpa işləri başa çatdırılıb.

Dostuna Göndər Dostuna Göndər Çap Et Çap Et
Arxiv
Reklamlar















Weboy