Dövlət Komitəsi 107 monitorinq keçirib

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Amid İsbəndərov/AZADİNFORM. Cari ilin birinci yarısında 41 səhmdar cəmiyyətdə,  3 səhmdar cəmiyyətinin struktur bölməsi olan 28 idarə və müəssisədə, 4 birgə müəssisədə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti, 21 idarəetmədə olan müəssisə və onların obyektlərində, 9 yarımçıq tikilidə isə dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyəti araşdırılmaqla ümumilikdə 107 monitorinq keçirilib. AZADİNFORM xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində cari ilin birinci yarısının yekunlarına həsr olunan iclasında məlumat verilib.

Özəllədirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyətində öz profilinin  saxlanılması ilə bağlı 70 uşaq bağçası və körpələr evində monitorinq aparılıb.

Hesabat dövrü ərzində 351 daşınmaz dövlət əmlakı, eləcə də, 96 obyektin torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi vasitəsi ilə hüquqi və fiziki şəxslər tərəfindən 5811 ödəniş həyata keçirilib. Ümumilikdə qeyri-yaşayış sahələrinin və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 1.9 mln. manat vəsait daxil olub.

Bu ilin 1 iyul tarixinə 17 minə yaxın torpaq sahəsi, o cümlədən fiziki və qeyri-dövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi 6034 torpaq sahəsi haqqında məlumatlar Registrdə qeydiyyata alınıb.

Oxucular Şərhlər (0)




WordPress Blog
Arxiv
Reklamlar











Free WordPress Theme