Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Amid İsbəndərov/AZADİNFORM. ARDNŞ Gürcüstanda “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdədir. Dövlət Neft Şirkətindən AZADİNFORM-a verilən məlumata görə, bu gün Tbilisi şəhərində 2, Kutaisi rayonunun Kvitiri qəsəbəsində isə 1 yeni yanacaqdoldurma məntəqəsinin açılış mərasimi keçirilib. “SOCAR Georgia Petroleum” MMC-yə məxsus yanacaqdoldurma məntəqələrinin açılış mərasimində ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri, “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov rəmzi qırmızı lenti kəsərək, məntəqələrin kollektivinə uğurlar arzulayıb. Tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Gürcüstan hökumətinin və ictimaiyyətin nümayəndələri də iştirak ediblər. Bildiriblər ki, yeni məntəqələrin istismara buraxılması ilə Gürcüstan ərazisində “SOCAR” brendi ilə fəaliyyət göstərən, yüksək standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatıb.

Oxucular Şərhlər (0)




Free WordPress Themes
Arxiv
Reklamlar











Free WordPress Theme