Prezident İlham Əliyev Qəbələ rayonunda səfərdədir

29 /07/, 2010   ·  Şərh Yazılmayıb

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib. AZADİNFORM xəbər verir ki, ölkənin bütün regionları kimi, Qəbələ də yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olub.

Bildirilib ki, müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət ərazidə yaşıllıqların artırılmasına yönəldilib, xüsusi suvarma sistemi quraşdırılıb. Parkda rayon əhalisinin və şəhərə gələn qonaqların istirahətinin təşkili üçün bütün şərait yaradılıb. Burada oturacaqların sayı artırılıb, ən əsası isə 4 yeni fəvvarə quraşdırılıb.

Oxucular Şərhlər (0)




Free WordPress Theme
Arxiv
Reklamlar











WordPress Blog