ƏLAQƏ

AZADİNFORM İnformasiya Agentliyi

AZADİNFORM İnformasiya Agentliyi 1999-cu ilin yanvarın 1-dən fəaliyyət göstərir. İA-nın yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.

AZADİNFORM İnformasiya Agentliyi 1999-2004-ci illərdə Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərib. Rus bölməsi 4 illik fasilədən sonra – 2009-cu ildə yenidən bərpa olunub.

AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri həm Azərbaycan, həm də rus dilində e-poçt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən KİV-lərə (bura əyalət mətbuatı da daxildir), hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir.

AZADİNFORM İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var.

AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri ölkə KİV-lərinə təmənnasız göndərilir.

AZADİNFORM İnformasiya Agentliyinin Naxçıvan MR-da (Naxçıvan şəhər), Lənkəran, Cəlilabad, İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər və rayonlarında müxbir postları var. Yaxın perspektivdə bütün ölkənin əhatə olunması üçün müxbir postlarının sayı 25-ə çatdırılacaq.

AZADİNFORM İnformasiya Agentliyinin www.azadinform.az internet səhifəsi on-line sistemində işləyir. Müxbirlərimiz üçün ən yüksək iş şəraiti yaradılıb. Hər bir jurnalist komüter, diktafon, fotoaparatla təmin olunub. Jurnalistlərin beynəlxalq danışığı redaksiyanın vəsaiti hesabına aparılır.

AZADİNFORM İnformasiya Agentliyi əməkdaşlarının iş vaxtı həftənin 1-6-ci günləri saat 00.09-dan 19.00-dək müəyyən edilib.

AZADİNFORM İnformasiya Agentliyinin strukturu

Baş direktor - Asəf Hacıyev

Redaktor - Niyaz Niftiyev

Redaktor müavini - Bayram Niftəliyev (Azərbaycan bölməsi)

Redaktor müavini - İlhamə Rəşidova (Rus bölməsi)

Ünvan:

Bakı ş, Mətbuat prospekti, 529-cu məhəllə, 25-ci bina

Əlaqə: 598-47-67, 598-47-60 (tel/faks)

510-70-43 (redaktor)

E-mail: info@azadinform.az.

Web-sayt: www.azadinform.az

Reklamlar











Premium WordPress Themes