Azərbaycanın Səhiyyə Məcəlləsi hazırlanacaq


Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycanda səhiyyə sahəsində baş verən yeniliklər və yaranan zərurət bu sahədə bir-birinə oxşar bir çox qanunların ortaya çıxmasına zəmin yaradıb.

Qanunvericilik yükünü nəzərə alaraq artıq bu qanunları bir məcəllədə toplamaq olar”. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.
O, qeyd edib hazırda səhiyyə sahəsində mövcud qanunların mətnləri ayrı-ayrılıqda müəyyən hissələrdə bir-birini tamamlayır. O, misal kimi Azərbaycanda mövcud “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunu və ötən günlərdə qəbul olunmuş “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun layihəsini qeyd edib.
Komitə sədri, həmçinin Azərbaycanda səhiyyə sahəsində 32 qanunun olduğunu bildirərək, onların bir məcəllədə toplanmasının böyük həcmdə iş və zaman tələb etdiyini vurğulayıb. “Hesab edirəm bu məsələ ətrafında ciddi fikirləşsək bu il bu məcəlləni hazırlaya bilərik”-deyə o əlavə edib.

10.02.2012 13:15 / Baxılıb: 1098 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo