Salyan rayonunun Xıdırlı kəndi içməli su ilə təchiz olunacaq

Həbibə/AZADİNFORM. “Azərsu” ASC Bakı şəhəri ilə yanaşı, regionlarda da su təchizatı layihələrinin icrasına xüsusi diqqət yetirir. ASC-dən “Azadinform”a verilən məlumata görə, Salyan rayonunun Xıdırlı kəndində içməli su təchizatının yenidən qurulması layihəsi reallaşdırılır.

Layihəyə uyğun olaraq, kəndə su Kür-Bakı kəmərindən veriləcək və bu məqsədlə hazırda diametri 200 mm,  uzunluğu 15,7 km olan polietilen borulardan yeni magistral su xətti çəkilib. Bundan başqa, yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək əvəzində yenisinin tikilməsi, mövcud 2 ədəd həcmi 300  kubmetr olan su anbarlarının təmiri, kənddaxili su xətlərinin çəkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 3 180 nəfər əhalisi olan Xıdırlı kəndinin yalnız 30 faizi-  193 abonent (1060 nəfər) mərkəzləşdirilmiş içməli su ilə təmin olunur.  Layihə yekunlaşdıqdan sonra isə bütün kənd içməli su ilə təchiz ediləcək. 

28.08.2012 16:05 / Baxılıb: 721 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo