AAYDA Xırdalanda abunəçini işıqsız qoyub

Tural İbadlı Sosial 30 oktyabr 2019
0
AAYDA Xırdalanda abunəçini işıqsız qoyub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları Xırdalan şəhəri ərazisində yol çəkilişi həyata keçirərkən vətəndaşlardan birinin elektrik sayğacını qırıb. “NewsCafe” xəbər verir ki, hadisə Xırdalan şəhəri Əziz Əliyev küçəsində baş verib.
Məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib. Qazılmış yolun asfaltlanması ilə məşğul olan AAYDA-ya məxsus texnika vətəndaşın hasarına quraşdırılan elektrik sayğacına toxunaraq onu qırıb. Nəticədə abunəçinin elektrik enerjisi təchizatı dayanıb.
İstehlakçının etirazına cavab olaraq isə qurum əməkdaşları belə hadisələr tez-tez olduğunu, təchizatın bərpası üçün abunəçinin “Azərişıq” ASC-yə müraciət etməli olduğunu qeyd ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031