İlahiyyatçı: "Dindarların əksəriyyəti Allahşükür Paşazadəni dini lider kimi görmürlər"

Tural İbadlı Sosial 15 noyabr 2019
0
“Bu gün Azərbaycanda yaşayan dindarların böyük əksəriyyəti Allahşükür Paşazadəni özü üçün dini lider görmür”.
"NewsCafe" AYNA-ya istinadən xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri deyib.
Onun sözlərinə görə, təəsüflər olsun ki, QMİ Azərbaycanda əsas İslam mərkəzi kimi təqdim edilir: “Allahşükür Paşazadə özü də İranın “Səhər” televiziya kanalına verdiyi müsahibəsində qeyd eləmişdi ki, İranın Ali dini lideri Ayətullah Xameneyini təqlid edir. Diqqət etsək, görərik ki, bu gün QMİ-nin sədri haqqqında yazılan kitabların sayı, həmin qrumun yazdığı kitabların sayından kifayət qədər çoxdur”.
İlahiyyatçı hesab edir ki, Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti kimi tədbirlərin heç bir faydası yoxdur: “Çünki xarici məsələlərin gündəm olduğu zamanda, daxildə dini kitablara qadağalar qoyulur. O zaman belə bir tədbirin keçirilməsinin də heç bir əhəmiyyəti yoxdur. Ona görə də ilk növbədə insanları narahat edən, dini etiqad azadlıqlarını məhdudlaşdıran məsələlər gündəmə gətirilməli və belə problemlərin qarşısı alınmalıdır. Protokola uyğun olaraq tədbirlər keçirməkdənsə, qeyd etdiyim məsələlərlə məşğul olmaq daha məqsədəuyğundur”.
Elşad Mirinin sözlərinə görə, belə tədbirlər artıq ənənəvi hala çevrilib: “Təəssüflər olsun ki, bu tədbirlərin yerli əhaliyə heç bir müsbət təsiri yoxdur. Sadəcə, bu, bütün dünyada mövcud olan bir ənənədir. Düşünürəm ki, bu qədər vəsaiti belə tədbirlərə xərcləmək əvəzinə, daha da əhəmiyyətli işlər görmək olardı”.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930