Bakının 20 saylı məktəbinin şagirdləri "Bakı Metropoliteni"nin qonağı olub

Tural İbadlı Sosial 16 noyabr 2019
0
Bakı şəhər Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Arif Hüseynzadə adına 20 saylı məktəb liseyin 8L1 sinif şagirdləri sinif rəhbərləri Samirə Abbasovanın rəhbərliyi altında “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində olub. “NewsCafe” xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov və müvafiq sahələrin mütəxəssiləri ilk öncə şagirdləri mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks etdirən foto stendlərlə tanış edərək onlara ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin metropolitenin inkişaf tarixindəki missiyalarını əyani şəkildə nümayiş etdiriblər.
Sonra metropolitenin yaranma və gələcək inkişaf perspektiv planları haqqında şagirdləri marağına səbəb olacaq təqdimtalar edərək texniki kabinet, auditoriyalar, ən əsası tədris guşələri, ayrı-ayrı istehsalat və peşə yönümlü istiqamətləri əhatə edən vəsaitləri əyani şəkildə təqdim ediblər. Mütəxəssilər şagirdlərin çoxsaylı sualların cavablandırıblar. Sonda şagirdlərin sinif rəhbəri Samirə Abbasova məktəbin direktoru Səadət Veysovanın təşəbbüsü ilə məktəblilərin ayrı-ayrı istehsalat,təhsil müssisələrinə tez-tez ekskursiyalar təşkil ediliyini bildirərək belə səfərlərin uşaqlarda böyük maraq hissi yaratdığını onların bu sahələrdə biliklərinin zənginləşməsində səbəb olduğunu deyərək diqqət üçün metropolitenin rəhbərliyinə minnətdarlığın bildirib.








Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930