Energetika Nazirliyi yenidən Hökumət Evinə köçür

Tural İbadlı Energetika | Sosial 06 dekabr 2019
0
Energetika Nazirliyi yenidən Hökumət Evinə köçür
Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edir.
NewsCafe”un əldə etdiyi məlumata görə, Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərəcək.
Artıq qurumun bəzi şöbələrinin yeri dəyişdirilib. Mərhələlərlə həyata keçirilən köçmə prosesi gələn ay başa çatacaq.
Xatırladaq ki, Hökumət Evinin 2-ci və 9-cu mərtəbələri Energetika Nazirliyinə məxsus olub. Həmin mərtəbələrdə aparılan təmir işləri ilə əlaqədar Nazirlik “Çinar Plaza”nın 12, 14 və 16-cı mərtəbələrinə köçmüşdü.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031