Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı 40 mini keçib

Tural İbadlı Daxili xəbərlər | Sosial 07 dekabr 2019
0
Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı 40 mini keçib“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 40 mini ötüb”.
NewsCafe” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, MSK bələdiyyə seçkilərinə kifayət qədər xarici müşahidəçilər də dəvət edib: “Müşahidiçələrin normal, sərbəst fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Orta hesabla hər bir məntəqəyə 7-ə yaxın müşahidəçi düşür. Bu, dünya miqyasında böyük göstəricidir. Bundan əlavə, məntəqələrin 20 faizinə qədərində veb-kameralar quraşdırılıb. Məntəqələr veb-kameralarda elə seçilib ki, bütün ölkə ərazisini əhatə edəcək. Hesab edirəm ki, bu da Azərbaycan praktikasıdır və bu təcrübədən dünyanın bir neçə ölkəsi istifadə edir".
Qeyd edək ki, bələdiyyə seçkilərində müşahidəçilərin qeydiyyatı prosesi dekabrın 13-də başa çatacaq.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031