"BakuBus" 10 000 manata qaz xətti çəkdirir

Tural İbadlı Maliyyə-Biznes | Sosial 08 dekabr 2019
0
"BakuBus" 10 000 manata qaz xətti çəkdirir
"BakuBus” MMC-nin elan etdiyi tenderin qalibi müəyyənləşib. "NewsCafe" xəbər verir ki, müsabiqənin qalibi "Təmiz Qaz" QSC-dir.
Məlumata görə, satınalma elanı "BakuBus"a məxsus qaz sayğacının quraşdırıldığı Qum adası ərazisindən “BakuBus” MMC-nin Zığ-Hövsan yolu 1-ci km “1” ünvanındakı deposunun ərazisinə çəkilmiş qaz xətlərində təmir işləri (korroziyaya uğramış 500 metr yeraltı polad qaz boru xəttinin yenisi ilə əvəz olunması və yerüstü çəkilməsi) ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı olub.
Satınalma müqaviləsinin dəyəri 10 030 manatdır.
Xatırladaq ki, nizamnamə kapitalı 2000 manat olan "Təmiz Qaz" QSC 2016-cı ilin martın 7-də dövlət qeydiyyatına alınıb.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031