Abşeron İcra Hakimiyyəti Xırdalan küçələrindəki işıqları 130 000 manata təmir etdirəcək

Tural İbadlı İnfrastruktur | Sosial 10 dekabr 2019
0
Abşeron İcra Hakimiyyəti Xırdalan küçələrindəki işıqları 130 000 manata təmir etdirəcək
Abşeron Rayon İcra Hakimiyyəti başçisinin Xırdalan şəhəri üzrə nümayəndəliyinin Xırdalan şəhərində küçə işıqlarının təmiri üçün elan etdiyi tenderin qalibi bəlli olub. “NewsCafe” xəbər verir ki, noyabrın 6-da elan edilmiş satınalma müsabiqəsinin qalibi "R AND X" MMC olub.
Dekabrın 9-da nəticəsi məlum olan tenderin qalibinə 129 562,51 manat ödənməsi nəzərdə tutulub.
"R AND X" MMC haqqında sosial mediada məlumat əldə etmək mümkün olmasa da yeniavaz.com saytının araşdırmasına görə, adıçəkilən şirkət Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun keçirdiyi tenderin qalibi olub və bu il oktyabrın 21-də adıçəkilən İnstitutla 286 105,16 manat dəyərində müqavilə bağlayıb.
Həmin məbləğin müqabilində İnformasiya Texnologiyaları İnstitutu üçün "Elmi-tədqiqat işləri"ni həyata keçircək.
Məlumat üçün bildirək ki, cəmi 10 manat nizamnamə kapitalı olan "R AND X" MMC 13.05.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti., ev 2, m. 2-də yerləşir. Qanuni təmsilçisi Elmar Fərman oğlu Ağammədzadə olan bu şirkət barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin nə rəsmi veb-səhifəsi, nə də əlaqə vasitələri mövcuddür. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur.
İnformasiya Texnologiyaları İnstitutu üçün 286 105, 16 manat dəyərində "Elmi-tədqiqat işləri"ni həyata keçirən "R AND X" MMC ilə bağlı digər bir məlumat odur ki, bu şirkət sentyabrın 18-də Abşeron rayon İcra Hakimiyyətinin tender müsabiqəsinin qalibi olub. Şirkət İcra hakimiyyətindən 24 623,36 manat alaraq Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 1 nömrəli 9 mərtəbəli 8 bloklu yaşayış binasında mənzil daxili sanitar qovşaqlarında kanalizasiya xətlərinin təmir işlərini həyata keçirib.
Göründüyü kimi, 3 ay əvvəl kanalizasiya xətlərinin təmiri ilə bağlı tender udan şirkət ondan 1 ay sonra "Elmi-tədqiqat işləri"ni həyata keçirilməsi ilə bağlı tenderin qalibi elan olunub.
Məlumat üçün onu da bildirək ki, "R AND X" MMC bu il daha iki tender müsabiqəsinin qalibi olub. 19.07.2019-cu il tarixində Bakı şəhər Fəvvarələri İstismarı İdarəsilə "Mal-materialların satınalınması" məqsədilə 297 520 manatlıq müqavilə imzalanıb. 04.09.2019-cu il tarixində isə Astara Pedaqoji Kollecilə "Cari təmir" işləri üçün 29 972 manatlıq müqavilə bağlayıb.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031