Maliyyə Nazirliyi 1,9 milyon manata yeni sistem alır

Tural İbadlı Maliyyə-Biznes | Sosial 17 dekabr 2019
0
Maliyyə Nazirliyi 1,9 milyon manata yeni sistem alır
Azərbaycan Maliyyə Nazirliyinin keçirdiyi açıq tenderin qalibi bəlli olub. “NewsCafe” xəbər verir ki, satınalma müsabiqəsini “Sinam” MMC qazanıb.
Məlumata görə, Nazirlik adıçəkilən təşkilatdan Azərbaycan Respublikasının Maliyyə Nazirliyində dövlət və icmal büdcələrin tərtibində tətbiq ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) yaradılması ilə bağlı proqram təminatının satın alacaq. Bunun qarşılığında isə “Sinam” MMC-yə 1 899 800 manat vəsait ödəyəcək.
Xatırladaq ki, nizamnamə kapitalı 44 487,92 manat olan “Sinam” MMC 2001-ci ilin iyulun 6-da yaradılıb. Qanuni təmsilçisi Rəhmanov Əbülfət Salman oğludur.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031