"RSM Azerbaijan" 130 min manata “Azərsu”yun auditini aparacaq

Tural İbadlı Maliyyə-Biznes | Sosial 19 dekabr 2019
0
"RSM Azerbaijan" 130 min manata “Azərsu”yun auditini aparacaq
“Azərsu” ASC-də audit yoxlaması aparacaq şirkət məlum olub.
NewsCafe” xəbər verir ki, keçirilən açıq tenderin nəticəsinə görə bu dövlət qurumunun auditoru "RSM Azerbaijan" MMC olub.
Məlumata görə, “Azərsu” ASC-nin daxili vəsaiti hesabına “Azərsu” ASC-nin 2019-cu il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının audit olunması xidmətlərinin satın alınması üçün keçirilən müsabiqənin qalibinə 130 390 manat ödənəcək.
Xatırladaq ki, bu ilin iyununda Auditorlar Palatası 2018-ci ildə Azərbaycanda auditor xidməti göstərmiş hüquqi və fiziki şəxslərin reytinqini açıqlayıb. Reytinqdə "RSM Azerbaijan" 7-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031