İmişlinin icra başçısı: “Yataqxanada 124 manata kirayədə qalıram”

Tural İbadlı Hadisə | Sosial 22 dekabr 2019
0
İmişlinin icra başçısı: “Yataqxanada 124 manata kirayədə qalıram”
Almaniyada yaşayan bloqçu Həbib Müntəzir İmişli rayonunun icra başçısı Vilyam Hacıyevlə bağlı şok məlumatlar paylaşıb.
NewsCafe” xəbər verir ki, o, paylaşdığı statusda icra başçısının biznes və əmlak siyahısını təqdim edib.
15 ildən çoxdur icrabaşı 62 yaşlı Vilyam Hacıyev, 7 ildir İmişli Rayon İcra Hakimiyyətinin Başçısıdır. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu olan Vilyam müəllim, Bəylər Əyyubovun kurasiyasındadır. Onun mənə bəlli olan varidatını paylaşıram və DTX-dan həbsini tələb edirəm.
Bakıda, Həsən Əliyev küçəsində villa
Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil
Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa
İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
Dubayda milyonluq biznesi
Qazaxıstanda tikinti biznesi
İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.
Oğlu Məhəmməd Hacıyev Nərimanov rayon prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:
10-PP-369 dövlət nömrə nişanlı "Bentley"
Eyni nömrə nişanlı "Land Rover"
90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class"
Həmçinin son model "Mercedes Gelandewagen"
Vilyam müəllim Samuxda icrabaşı olarkən el arasında "Moşu kişinin çayxanası" kimi tanınan obyekti bir az təmir etdirib İlham Əliyevə "Şahmat Evi" kimi təqdim edərək lentini kəsdirib. Sonra yenidən çayxana kimi fəaliyyət göstərib.
İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara münasibət bildirib.O, açıqlamasında qeyd edib ki, məlumatların heç biri həqiqətə uyğun deyil.
"Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır”.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031