Milli Qəhrəmanın bankir oğlu millət vəkilliyinə namizədliyini irəli sürüb

Tural İbadlı Parlament xəbərləri | Sosial 25 dekabr 2019
0
Milli Qəhrəmanın bankir oğlu millət vəkilliyinə namizədliyini irəli sürüb
AtaBank” ASC-nin yeni yaradılmış Biznesin İnkişafı Departamentinin direktoru Oruc İbrahimov millət vəkilliyinə namizədliyini irəli sürməyə hazırlaşır.
NewsCafe” xəbər verir ki, bu barədə O. İbrahimov özü məlumat verib.
Məlumata görə, o, 19 saylı Nərimanov birinci seçki dairəsindən namizəd olacaq. Həmin dairəyə daxil olan 35 məntəqədə 44 541 seçici qeydiyyatdadır.
Əlavə edək ki, O. İbrahimov “AtaBank” ASC-də 2012-ci ildən müxtəlif vəzifələrdə çalışıb, son 2 il ərzində sözü gedən bankın Marketinq və Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsini icra edib.
Məlumat üçün bildirək ki, Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğludur.
Xatırladaq ki, O.İbrahimov 1986-cı ildə Bakıda anadan olub, ali təhsillidir. O, marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir, uzun müddət “AtaBank”da müxtəlif vəzifələrdə çalışdıqdan sonra ötən il indiki vəzifəsinə təyin olunub.
Xatırladaq ki, hazırda həmin dairədən millət vəkili Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi Hikmət Məmmədovdur.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031