"Sumqayıt Nəqliyyat”ın rəhbəri şirkətin pullarını toplayaraq aradan çıxıb

Tural İbadlı Hadisə | Sosial 04 yanvar 2020
0
"Sumqayıt Nəqliyyat”ın rəhbəri şirkətin pullarını toplayaraq aradan çıxıb
"Sumqayıt Nəqliyyat” MMC-nin rəhbəri yoxa çıxıb.
NewsCafe”nin məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.
Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında "Sumqayıt Nəqliyyat" MMC ilə əlaqə saxlanılıb və qurumdan bildirilib ki, X.Rüstəmov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb. Hazırda bununla bağlı araşdırma aparılır.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031