“Buta Airways”in təyyarəsi duman səbəbindən Həştərxan hava limanından Bakıya qayıdıb

Tural İbadlı Hadisə | Sosial 06 yanvar 2020
0
“Buta Airways”in təyyarəsi duman səbəbindən Həştərxan hava limanından Bakıya qayıdıb
Həştərxan hava limanına enə bilməyən “Buta Airways”in təyyarəsi Bakının hava limanına qayıdıb.
NewsCafe” xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilib ki, təyyarənin geri qayıtmasına səbəb Həştərxan hava limanında güclü dumanın olmasıdır.
Hava gəmisi yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
Xatırladaq ki, “Buta Airways” “J2-9235” nömrəli Bakıda Həştərxan reysi həftədə iki dəfə (bazar ertəsi və cümə axşamı) həyata keçirir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031