“Azərişıq” Tanrıverdi Mustafayevin işığını kəsib

Tural İbadlı Maraqlı | Sosial 09 yanvar 2020
0
“Azərişıq” Tanrıverdi Mustafayevin işığını kəsib
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin işığını kəsiblər.
NewsCafe" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
Faktı təsdiqləyən T.Mustafayev deyib ki, bu gün səhər yeməyi yediyi zaman evinin elektrik enerjisi təchizatı dayanıb: “Dərhal əməkdaşlarla əlaqə saxladım. Təsdiqlədilər. Dedilər ki, ərazidə təftiş həyata keçirilir deyə təchizat dayanıb. Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa edildi”.
Xatırladaq ki, T.Mustafayev Sumqayıt şəhərində yaşayır.
@index.az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031