Bu gün metronun “20 Yanvar” stansiyasında intihara cəhd hadisəsi baş verib.
“NewsCafe” xəbər verir ki, hadisə bu gün 14:15 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, hələlik adı məlum olmayan kişi özünü hərəkətdə olan qatarın altına atıb.
Maşinistin vaxtında qatarı saxlaması nəticəsində həmin şəxs xilas edilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “NewsCafe”yə faktı təsdiq edib:
“Həqiqətən də belə bir hadisə olub. Xoşbəxtlikdən maşinist vaxtında qatarı saxlayıb. Dəqiqləşmə gedir. Hadisənin intihara cəhd yaxud yıxılma olub-olmaması araşdırmadan sonra bilinəcək”.