"Buta Airways"in əməkdaşı əsəbləşdi: "Təyyarəni mən sındırmışam?" - VİDEO

Tural İbadlı Hadisə | Sosial 13 yanvar 2020
0
"Buta Airways"in əməkdaşı əsəbləşdi: "Təyyarəni mən sındırmışam?" - VİDEO
Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.
"NewsCafe" xəbər verir ki, "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmasının səbəbi bilinib.
Təyyarənin sərnişini bildirib ki, bir neçə saatdır "Buta Airways" şirkəti 106 sərnişini təyyarədə saxlayıb. Sərnişinlər stuardesaya havasızlıqdan və mənzil başına gecikmələrindən şikayət ediblər.
"Buta Airways" rəsmi şəxsi isə sərnişinlərin üzərinə qışqırmaqla onları sakitləşməyə çağırıb.
"Buta Airways"in əməkdaşı sərnişinlərinə bildirib ki, təyyarədə ciddi texniki nasazlıq baş verib. Təyyarədə sınıq yaranıb.
Həmin görüntülərə buradan baxa bilərsiniz:

@Unikal.Org
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031