"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının yeni sədri seçilib

Tural İbadlı Sosial 15 yanvar 2020
0
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatının yeni sədri seçilib
"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyinin (bundan sonra Təşkilat) illik hesabat konfransı keçirilib.
"NewsCafe" xəbər verir ki, konfrans çərçivəsində Təşkilat tərəfindənyarandığı gündən həyata keçirilən layihələr, ölkənin 50 regionunda fəaliyyət göstərən nümayəndəliklərdəki könüllü qrupları və onların aktivliklərindən bəhs edilib. Baş tutan layihələrdən faydalanan gənclərin fikirləri və könüllülərin fəaliyyətləri əsasındatoplanmış statistik məlumatlar müzakirə olunub. Sonra Təşkilatın idarə heyəti üzvləri çıxış edib, dünyada aqrar sahənin prioritet istiqamət olduğunu, Azərbaycanda da kənd təsərrüfatına xüsusi dövlət dəstəyi göstərildiyini bildiriblər.
Daha sonra konfransın gündəliyinə uyğun olaraq idarə heyətinin yekdil qərarı ilə Kamran Əliyev “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının yeni sədri seçilib.
Yeni seçilmiş sədr çıxış edərək son illər bu səhədə ciddi inkişafın olduğunu, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin gənclərə və könüllülər sektoruna göstərdiyi xüsusi diqqətini vurğulayıb. Kamran Əliyev 2020-ci ilin "Könüllülər İli" elan edilməsini önə çəkərək bunun gənclərdə daha da inam və həvəs yaratdığını, onları durmadan çalışmağa çağırdığını bildirib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031