Xırdalanda idman jurnalistinin mənzilindən oğurluq edilib

Tural İbadlı Hadisə | Sosial 27 yanvar 2020
0
Xırdalanda idman jurnalistinin mənzilindən oğurluq edilib
Sportinfo.az saytının təsisçisi və baş redaktoru İlkin Vaqifoğlunun Xırdalan şəhərindəki mənzilindən oğurluq edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə jurnalistin özü bildirib. O deyib ki, hadisə yanvarın 26-da gecə saat 5 - 7 aralığında baş verib. Oğrular ailə üzvlərinin yuxuda olmasından yararlanıblar. İ.Vaqifoğlu hadisənin görüntülərinin yaxınlıqdakı kameraya düşdüyünü və "Hyundai Tucson" markalı avtomobillə gələn mütəşəkkil qrupdan şübhələndiklərini açıqlayıb: "Bu hadisə tək törədilməyib, 2-3 nəfər olublar. Bacım üçün cehizlik alınmışdı. Əşyalar karton qutularda idi. Bizim həyət evimizin ön və arxa qapıları var. Özüm saat 3:30-dək oyaq olmuşam, otaqlardan birinin işığı səhərədək yanıb. Oğrular elə tələsik iş görüblər ki, qutulardan bir neçəsini qapının ağzında qoyub gediblər. Azı 5000 manatlıq oğurluq edilib".
Baş redaktor hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdiyini və araşdırmalara başlanıldığını əlavə edib.

@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031