“Azərişıq”: Seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq

Tural İbadlı Energetika | Sosial 06 fevral 2020
0
“Azərişıq”: Seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq
"Azərişıq" ASC fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə "NewsCafe"yə qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, “Azərişıq” seçki günü bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək: "Artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb. Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq".
“Azərişıq” rəsmisi abunəçilərə də müraciət edərək qarşılaşdıqları qəza və kəsinti ilə bağlı çağrı mərkəzinə müraciət etmələrini xahiş edib: "Azərişığ”ın 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi mövcuddur. İstehlakçılarımızdan xahiş edirik ki, qarşılaşdıqları qəza və kəsinti halları ilə əlaqədar həmin çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829