Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı

Tural İbadlı Hadisə | Sosial 06 fevral 2020
0
Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.
"NewsCafe" xəbər verir ki, zaqatalalılar çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər. Seçicilər E.Musayevin onların problemlərinə biganə qaldığını dilə gətiriblər.
Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyub zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.
@YeniSabah
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829