İsraildə azərbaycanlı güllələnib - FOTO

Tural İbadlı Qətl | Sosial 08 fevral 2020
0
İsraildə azərbaycanlı güllələnib - FOTO
İsraildə qətl hadisəsi törədilib.
NewsCafe” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün T[b]el-Əvivlə Ramat-Qan[/b] arasındakı Volfson parkında baş verib.
Məlumata görə, 45-50 yaşlı kişi “Yad Əliyahu” idman kompleksinin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. İsrail polisinin mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb edilib və əraziyə yaxın küçələr hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağlanıb. Hüquq-mühafizə orqanları cinayətin törədildiyi ərazinin fotosunu da paylaşıb.
Polis cinayəti törədən şəxsin axtarışına başlayıb.
“Report”un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs əslən Azərbaycandan olan 1971-ci il təvəllüdlü Nizami Orucovdur. O, bir neçə il əvvəl ailəsi ilə birlikdə Azərbaycandan İsrailə köçüb və orada fəhlə işləyib.




Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829