Cahangir Əsgərov: “Yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”

Tural İbadlı İnfrastruktur | Səhiyyə | Sosial 24 fevral 2020
0
Cahangir Əsgərov: “Yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”
“Çoxsaylı müraciətlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır”.
Bu barədə “NewsCafe”yə şirkətdən daxil olmuş məlumatda deyilir.
“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirib.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcək.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829