Ötən il dövriyyəyə 1 844 ədəd yubiley və xatirə pul nişanları buraxılıb

Maliyyə-Biznes | Sosial 24 fevral 2020
0
Ötən il dövriyyəyə 1 844 ədəd yubiley və xatirə pul nişanları buraxılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il dövriyyəyə 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikel olmaqla, ümumilikdə, 1 844 ədəd yubiley və xatirə pul nişanları buraxıb.
“Newscafe” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, pul nişanları beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilib.
AMB satdığı yubiley və xatirə pul nişanları barədə məlumatları internet səhifəsindəki- "Milli pul nişanları" bölməsində yerləşdirir. Onları əldə etmək istəyən vətəndaşlar qurumun Elektron Xidmətlər Portalında "Elektron müraciətlər sistemi"nə daxil olaraq müraciət edə və yaxud AMB-nin milli pul nişanları üzrə qaynar xətti ilə (012) 493 11 22 (daxili 386) əlaqə saxlaya bilərlər.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829