“Azercell” 66 manat borca görə şirkəti məhkəməyə verdi

Tural İbadlı Məhkəmə | Sosial 26 fevral 2020
0
“Azercell” 66 manat borca görə şirkəti məhkəməyə verdi
Azercell Telekom” MMC “Parfum Palace” MMC-ni məhkəməyə verib.
"NewsCafe"nin xəbərinə görə, Bakı Kommersiya Məhkəməsinə müraciət edən “Azercell Telekom” 65 manat 76 qəpik abunə və xidmət haqqının ödənilməsi barədə tələb irəli sürüb.
İddia tələbi onunla əsaslandırılıb ki, “Parfum Palace” “Azercell Telekom”la bağladığı müqavilələr üzrə iddiaçının rabitə xidmətlərindən istifadə edib və nəticədə onun 65 manat 76 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranıb. Daha sonra “Parfum Palace” müqavilənin qeyd olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməyib.
Hakim Leyla Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, “Azercell Telekom”un iddiası təmin edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829