"Azərişıq" "Quş ferması"na qarşı 14 min manatlıq məhkəmə davası açıb

Tural İbadlı Məhkəmə | Sosial 26 fevral 2020
0
"Azərişıq" "Quş ferması"na qarşı 14 min manatlıq məhkəmə davası açıb
Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayonunda “Quş ferması”nın sahibi olan Aygün Şahbazova ilə “Azərişıq” ASC arasında olan məhkəmə çəkişməsi ilə bağlı qərar qəbul edilib.
NewsCafe”nin əldə etdiyi məlumata görə, Xaçmaz Rayon Məhkəməsi “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yazılan aktın ləğv edilməsi və borc kimi tutulmuş 13 790 manat pulun “Azərişıq” ASC-dən alınaraq Şahbazova Aygün Əskər qızına qaytarılması barədə qətnamə çıxarıb.
Cavabdeh “Azərişıq” ASC-nin nümayəndəsi Əhmədov Nəsir Vahid oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahişi ilə məhkəməyə müraciət edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Telman Quliyevin sədrlik etdiyi iclasda iddiaçı Şahbazova Aygün Əskər qızının cavabdeh “Azərişıq” ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829