20 avroluq elektromobilin təqdimatı oldu

Tural İbadlı Maraqlı 02 mart 2020
0
Fransanın “Citroën” avtomobil şirkəti “Ami” modelinin kütləvi buraxılışını anons edib.
NewsCafe” “Designboom”a istinadən xəbər verir ki, maşını ayda 20 avroluq lizinqlə əldə etmək mümkündür.
Məlumata görə, elektromobilin tam qiyməti 6 000 avrodur. Ancaq bununla belə, lizinqin rəsmiləşdirilməsi zamanı 2 644 avro ilkin ödəniş etmək lazımdır.
Maraqlıdır ki, “Ami”ni yalnız onlayn almaq mümkün olacaq. Elektromobil digər sifariş edilmiş məhsullar kimi qapıyadək çatdırılacaq.
“Ami”nin bir başqa xüsusiyyəti isə onun “yüngül kvadrosikl” olaraq qeydiyyata alınmasıdır. Bu o deməkdir ki, Fransada “Citroën”in bu modelini 14 yaşdan başlayaraq sürmək olar.
“Ami”nin batareyası ilə birgə 485 kq çəkisi var. Uzunluğu 2,4 metr, eni 1,4 metr, hündürlüyü isə 1,5 metrdir. “Citroën” saatda 45 km-dək sürət yığa bilir. Elektromobil tam batareyası ilə 70 km məsafə gedə bilər. “Ami” adi taxıc yuvasından saata enerji toplaya bilər.
Fransada bu modelin sifarişi martın 30-dan başlayacaq. İki ay sonra “Ami”ni İspaniya, İtaliya, Belçika, Portuqaliya Almaniya sakinləri də əldə edə biləcək.
@Report.Az
[media=https://www.youtube.com/watch?v=74VfCw1FE2s&feature=emb_title]
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031