Azərbaycanın aparıcı banklarının rəhbərləri bir araya gəlib

Maliyyə-Biznes | Sosial 04 mart 2020
0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyatın real sektorunun kreditləşməsinin aktivləşdirilməsi, biznes kreditlərinə üstünlük verilməsi, güzəştli kreditlərin daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, istehak kreditlərinin optimallaşdırılması və digər isiqamətlərə dair verdiyi tapşırıqların icrasının növbəti qiymətləndirilməsi üçün bu ilin martın 3-də tarixində Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası və aparıcı kommersiya banklarının rəhbərləri ilə birgə görüş keçirilib.

“NewsCafe” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılmış, cari ilin əvvəlindən bank sektoru üzrə biznes kreditlərinin dinamikası dərindən təhlil olunub. Mərkəzi Bank tərəfindən bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verilmişdir. Müzakirələrdə biznes kreditlərinin təşviqi istiqamətində tətbiq edilən prudensial tənzimləmə tələblərinin təsiri də qiymətləndirilib.

Görüşdə istehlak kreditlərinin optimallaşdırılması üzrə görülən tədbirlər də geniş müzakirə olunmuşdur. Bildirilmişdir ki, bütövlükdə istehlak kreditlərinin artım tempini tənzimləmək üçün yeni requlyativ normalar qəbul olunub.

Regionlarda, xüsusən də kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması məsələləri ətraflı müzakirə olunmuşdur. Vurğulanmışdır ki, maliyyə-bank sektorunun qarşısında qoyulan əsas vəzifələrdən biri kimi mövcud kreditləşmə institutlarının regional fəaliyyətlərinin gücləndirilməsi, xüsusilə kənd təsərrüfatının kreditləşməsinin təminat məsələlərinin tənzimlənməsi imkanları diqqət mərkəzində saxlanılmalıdır.

Bütövlükdə, real sektorun, eləcə də regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, resurslara çıxış imkanlarının yaxşılaşdırılması, ölkədə istehlak kreditləşməsinin optimallaşdırılması üzrə bank sektorunun qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinin mühüm şərti kimi bank sisteminin sabitliyinin qorunmasının vacibliyi vurğulanmış və bununla əlaqədar banklarda daxili nəzarət sistemlərinin gücləndirilməsi, eləcə də risk menecment potensialının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031