Bakıda səfirin iş otağından pullar oğurlandı

Tural İbadlı Oğurluq 04 mart 2020
0
Bakıda Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayın oğurluq hadisəsi baş verib.
"NewsCafe" xəbər verir ki, hadisə martın 3-də, Yasamal rayon H.Cavid küçəsində yerləşən inzibati binada qeydə alınıb. Məlumata görə, səfirin stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlanıb.
Daha sonra Spelanay Xeyrullah hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031