Yardımlıya nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü

Tural İbadlı Qəza 06 mart 2020
0
Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"NewsCafe"nin Cənub Mərkəzi xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb. 
Nəticədə avtomobildə hələlik adları məlum olmayan iki qadın və bir uşaq ölüb. "Niva"nın sürücüsü S.Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Orxan qızı Mahmudova və 1996-cı il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər üç yaralı Reanimasiya şöbəsində müalicə alır.
Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş. 
Faktla bağlı araşdırma aparılır. 
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031