Azərbaycan əsgəri həlak olub

Tural İbadlı Hadisə | Sosial 07 mart 2020
0
Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılmış atəş nəti­cə­sində yaralanıb, dərhal Qazax Müalicə-Diaqnostika Mərkəzi­nə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. 
Bu barədə "NewsCafe"yə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.
Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031