Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

Tural İbadlı Teatr-kino | Sosial 07 mart 2020
0
Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.
NewsCafe” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. 
Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb. 
Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.
Xatırladaq ki, ötən gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyətini müvəqqəti dayandırdığını elan etmişdi.
@Report.az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031