İTV-nin əməkdaşı 6-cı mərtəbədən yerə yıxılıb

Tural İbadlı Hadisə 12 mart 2020
0
Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a şirkətdən məlumat verilib.
Bildirilib ki, şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağırılıb: "Rasim Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir".
Məlumatda qeyd edilib ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb: "Bununla bağlı aidiyyəti orqanlara məlumat verilib".
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031