Bakıda avtobuslar dezinfeksiya edilir

İnfrastruktur 14 mart 2020
0

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində, marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilir.

NewsCafe” xəbər verir ki, fiziki şəxs Nazim Qəhrəmanova məxsus istehsalat bazasında da dezinfeksiya işləri gündəlik olaraq aparılır. Belə ki, 104, 106 və 112 nömrəli xəttlərlə hərəkət edən 44 avtobus hər gün dezinfeksiya edilir, yuyulur, avtobuslar bir qayda olaraq texniki baxışdan keçirilir.

Nazim Qəhrəmanov

N.Qəhrəmanov bildirir ki, avtobuslar tam yoxlanıb saz vəziyyətdə olduqdan sonra xəttə buraxılır. Hazırda 104 nömrəli xəttə 24 avtobus, 106 nömrəli xəttə 12 avtobus, 112 nömrəli xəttə isə 8 ədəd avtobus fəaliyyət göstərir. Bu xəttlər əsasən Bakının kənd və qəsəbələrini əhatə edir.   Ümumilikdə Yeni Suraxanı, Günəşli, Ramana, Qaraçuxur, Qara-Qarayev, Xəzər rayonu, Buzaovna və s qəsəbələr daxil olmaqla gün ərzində 3 xətt üzrə 40 minə yaxın sərnişin daşınır. Ən çox sərnişin 104 nömrəli xəttədir ki, burada da gündəlik olaraq 25 min sərnişin daşınır.

N.Qəhrəmanov 2000-ci ildən fəaliyyət göstərir və bu vaxta qədər sərnişindaşımada keyfiyyətin yüksəldilməsilə bağlı bir sıra işlər həyata keçirib.

N.Qəhrəmanov həmçinin əlavə edib ki, son zamanlar koronavirus xəstəliyinin yaranması ilə bağlı Bakıda ictimai nəqliyyatda təmizlik və dezinfeksiya işlərinin görülməsi daha da gücləndirilib. Belə ki, hər gün səhər 5 tamamda avtobuslar tam yoxlanılaraq dezinfeksiya edilərək xəttə buraxılırlar. Bundan başqa burada bir qayda olaraq ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər hər gün həkim nəzarətindən keçdikdən sonra işə buraxılırlar. Əgər həkim icazə versə onlara avtobus verilir, yox icazə verməsə həmin gün işləmirlər. Bununla yanaşı burada işləyən bütün sürücülərə əlavə təlimlər keçirilir, qaydalar iza edilir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə, daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib. Həmçinin Bakı Nəqliyyat Agentliyinin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyət göstərir. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla müxtəlif görüşlər keçirilir və müvafiq tapşırıqlar verilir.










Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031