Dünya və Avropa çempionunun qabırğası sınıb

Tural İbadlı Fərdi | Sosial 16 mart 2020
0
Azərbaycan güləşçisi Eldəniz Əzizli ciddi zədə alıb. 
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a 28 yaşlı Avropa və dünya çempionunun özü məlumat verib. Əzizli İtaliyanın paytaxtı Romada keçirilmiş qitə çempionatında xəsarət aldığını bildirib. Güləşçi bir qabırğasının sındığını, ikisinin isə əzildiyini vurğulayıb. Avropa və dünya çempionu olan idmançı bir aydan sonra tam olaraq məşqlərə başlaya biləcəyini söyləyib: "Böyük ehtimalla, Avropa Olimpiya Təsnifat Turnirinə qatıla bilməyəcəyəm. Dünya Olimpiya Təsnifat turnirinə kimi isə tam hazır olaram".
Qeyd edək ki, Eldəniz Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında və Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatında qızıl medal qazanıb. Dünya Güləş Birliyi Avropa və Dünya Olimpiya Təsnifat turnirinin təxirə salındığını açıqlayıb. Yarışlar müvafiq olaraq mayın ortasına və iyuna nəzərdə tutulub. 
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031