BŞİH sabah paytaxtda təmizlik işləri görəcək . . Azərbaycanın da adının yer aldığı "Avroviziya" qalmaqalı"na aydınlıq gətirildi . Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub . Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib . . . . Nazir: “Azad olunan ərazilərdə 404 abidə və 1000-ə yaxın mədəniyyət müəsissəsi aşkarlanıb” . Tahir Gözəl: "Qarabağ"dan qazandıqları pullarla çox gözəl yer düzəldiblər" .

Prezident XDMX-nı ləğv etdi

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 16 mart 2020
0

Azərbaycan Prezidenti Xüsusi Dövlət Mühafizə Xidmətini (XDMX) ləğv edib. “NewsCafe” xəbər verir ki, bu barədə ölkə başçısı fərman imzalayıb.

Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 31-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilsin.

2. Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılsın:

2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

2.3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq əsasnamələri təsdiq edilənədək Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” Qanun layihəsini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031