Azərbaycanda ilk dəfə QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım köçürüb

Tural İbadlı Sosial təminat 22 mart 2020
0

"Ailə" Sosial Araşdırmalar İctimai Birliyi Prezidentin Fərmanına dəstək kampaniyasına qoşularaq yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edib. “NewsCafe”nin məlumatına görə, köçürülən vəsaitin məbləği 1000 manat təşkil edir.

Qeyri Hökümət Təşkilatından (QHT) verilən açıqlamada deyilir ki, QHT-lər arasında ilk olaraq Ailə Sosial Araşdırmalar İctimai Birliyi bu təşəbbüsü həyata keçirir.

“Bu gün xalqımız həmişə olduğundan daha artıq birlik nümayiş etdirir. Yaşlı nəsilə qayğı, bir-birinə dəstək, səbr, təmkin bu günlərdə bizdən tələb olunan və koronavirus (COVID-19) infeksiyası ilə   mübarizədə əsas vasitəyə çevrilib.

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. 

Bildiyiniz kimi, ilkin olaraq Azərbaycan Prezidentinin Ehtiyat Fondundan bu məqsədlə 20 milyon manat vəsait ayırılıb. 

Ölkə başçısının rəhbərliyi altında görülən işlərin xüsusi əhəmiyyətinə inanır və tərəfindən atılan bütün addımları dəstəkləyərək "Ailə" Sosial Araşdırmalar İctimai Birliyi də yaradılmış Fonda 1000 AZN məbləğində ianə ayırır”-deyə açıqlamada qeyd edilir.

"Ailə" Sosial Araşdırmalar İctimai Birliyi, bu mübarizədə Fonda dəstək üçün bütün QHT-lərin milli həmrəyliyə və bu virusa qarşı birgə mübarizədə birlik olmağa çağırır:

“Az-çox demədən Fonda dəstək olmaq hər kəs üçün bir ümiddir. Düşünürəm ki, biz bu addımımızla əziz bildiklərimizi də müdafiə etmiş olacağıq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tövsiyə və qərarları əməl etməyin, evdə qalaraq özünün və ətrafındakı insanların sağlamlığını qorumağın vacibliyini diqqətə çatdırırıq”-deyə məlumatda bildirilir.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031