Merkeldə koronavirus aşkar edildi

Tural İbadlı Xarici xəbərlər 22 mart 2020
0
Almaniya Federativ Respublikasının kansleri Angela Merkel ev karantininə göndərilir.
"NewsCafe" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib.
Qeyd edilir ki, buna səbəb kanslerin bu günlərdə koronavirusa yoluxmuş həkimlə təmasda olmasıdır. 
"Mətbuat qarşısında bugünkü çıxışdan sonra kanslerə məlumat verdilər ki, onu cümə günü profilaktiki peyvənd edən həkimin koronavirus testi müsbət nəticə verib”, - o deyib. "Kansler dərhal ev karantininə getməyə qərar verdi", - Zaybert əlavə edib.
Onun sözlərinə görə, kansler yaxın günlərdə virusla bağlı testlər verəcək. "Kansler həmçinin ev karantinində xidməti vəzifələrini yerinə yetirəcək", - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.
Rəsmi məlumatlara görə, AFR-də koronavirusa yoluxanların ümumi sayı 18,6 min nəfər təşkil edir. Ölkədə 55 nəfər COVID-19 infeksiyasından ölüb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031