"Real Madrid"in sabiq prezidenti koronavirusdan ölüb

Tural İbadlı Səhiyyə | Hadisə | Futbol 22 mart 2020
0
İspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Lorenso Sans vəfat edib.
"NewsCafe"nin "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə "Marca" xəbər yayıb.
Məlumatda deyilir ki, L.Sans 76 yaşında koronavirusdan dünyasını dəyişib.
O, bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya çatdırılıb. Sabiq funksionerin koronavirus analizi müsbət nəticə verib.
Qeyd edək ki, Lorenso Sans 1995 - 2000-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Daha sonra o, yerini hazırkı klub prezidenti Florentino Sansa verib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031